Rusiya Silahlı Qüvvələri iki yaşayış məntəqəsini azad edib, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bunlar DXR-dəki (Donetsk Xalq Respublikası) Zvanovka və Zaporojjya vilayətindəki Noviy Zaporojyedir. Əməliyyatları “Cənub” və “Şərq” qruplarından olan bölmələr həyata keçirib.

"Report" xəbər verib ki, Cənub Qüvvələr Qrupunun bölmələri qətiyyətli hərəkətlər nəticəsində Donetsk Xalq Respublikasının Zvanovka kəndini azad edib.
Bundan əvvəl DXR lideri Denis Puşilin bəyan edib ki, rus qoşunları Kostiantynivka yaxınlığındakı İvanopol vilayətində aktiv əməliyyatları davam etdirib. O, vəziyyəti gərgin, daimi şəhər döyüşləri ilə xarakterizə edib. Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.
Hərbi analitik Boris Rojin daha əvvəl bildirib ki, Ukrayna qüvvələri Krasnoarmeysk şəhərinin böyük hissəsinə nəzarəti itirib, lakin əks-hücumlar vasitəsilə mühasirəyə alınan qarnizonla əlaqəni bərpa etməyə çalışıb. O, Ukrayna Silahlı Qüvvələri üçün əməliyyat şəraitinin cəbhənin şəhərə bitişik ərazilərində də çətinləşdiyini qiymətləndirib. Ekspert vurğulayıb ki, Ukrayna qoşunları üçün vəziyyət “fəlakətə yaxındır”.
Mənbə: News.ru
Tərcümə etdi: Əli Balayev
