Bu gün:

"Beşiktaş" Mardində şagirdlərə forma hədiyyə edib


"Beşiktaş" komandasının üzvləri Mardinin Dargeçit rayonunda şagirdlərə forma hədiyyə edib.

K Baş Məclis Üzvləri Dostluq Qrupunun məlumatına görə, “Beşiktaş” klubu və bir neçə Beşiktaşçı platforması ilə əməkdaşlıq edilib. Dargeçit rayonunda keçirilən tədbirdə şagirdlərə “Beşiktaş” formaları və idman ləvazimatları hədiyyə olunub.

Üzvlər Dargeçit Rayon İcra Başçısı (Qaymakamı) Məhəmməd Enes İpeki kabinetində ziyarət edib. Daha sonra Qaymakam İpek, Rayon Jandarma Komandanı Binbaşı Gökhan Taşkın və Rayon Polis Şöbə Amiri Emin Hüda Örnek ilə birlikdə Kılavuz ibtidai məktəbində keçirilən proqramda şagirdlərə forma və idman ləvazimatları paylayıb.

Açıqlamada fikirlərinə yer verilən Beşiktaş Klubunun Baş Məclis Üzvü və İstanbul Ticarət Palatasının Məclis Üzvü Hacı Demir kampaniyanın Beşiktaş camiəsinin birlik və dayanışma ruhunun ən güclü nümunələrindən biri olduğunu bildirib.


Mənbə: TRT Sports

Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et