Türkiyə Milli Futbol Komandası 2026 Dünya Kuboku hazırlıqlarını gücləndirmək üçün istedad axtarışını genişləndirib. Son məlumatlara görə, səlahiyyətlilər Argentinanın aşağı yaş yığmalarında çıxış edən 17 yaşlı Can Armando Günerlə bağlı rəsmi addımlar atmağa başlayıb.
Borussia Mönchengladbach akademiyasında yetişən hücumçu üç ölkənin — Türkiyə, Almaniya və Argentinanın maraq dairəsindədir. Alman ana, türk ata və argentinalı nənəyə sahib olan gənc futbolçu əvvəlcə Almaniyanın dəvətini qəbul etsə də, daha sonra qərarını dəyişərək Argentina U17 yığmasının formasını geyinib və Qətərdə keçirilən U17 Dünya Çempionatında çıxış edib.
Son aylarda Türkiyə rəsmilərinin Güneri milli komandanın heyətinə qatmaq üçün rəsmi təmaslara başladığı bildirilir. ESPN-in ötən yay yaydığı xəbərdə də futbolçunun həm Türkiyədən, həm də Argentinadan təklif aldığı, lakin hələ də yekun qərar vermədiyi qeyd olunmuşdu.
Günerin milli karyerasını daha çox şans əldə edəcəyi yerdə qurmaq istədiyi deyilir və bu səbəbdən Türkiyənin cəlbedici layihəsi onun üçün yeni bir istiqamət ola bilər.
https://www.haberler.com/spor/milli-takim-a-arjantin-den-transfer-19278180-haberi/
Mənbə: Haberler
Tərcümə etdi: Ömər Cəfərov
