
Yalan danışan şəxslərin fərqli xüsusiyyətləri var. Psixoloqlar tərəfindən göstərilmiş bu xüsusiyyətləri və davranışları görməyə başladıqdan sonra yalan danışan birini tapmaq asandır. Yalançıların ümumi davranışları mütəxəssislər tərəfindən izah edilib.
Bədən dilimiz bizə qarşı tərəfin yalan danışdığını açıq şəkildə bildirir. Yalnız bu siqnalların nə qədərini anladığımız önəmlidir. Mütəxəssislər qarşınızdakı insanların sizə yalan danışıb-danışmadığını anlamağa kömək edəcək bəzi məsləhətləri açıqlayıblar. Yalan danışan insanların xüsusiyyətləri və davranışları:
Bədən dili hər şeyi deyir: Əlbəttə, yalan danışarkən burnumuz Pinokkio kimi böyüyə bilməz, lakin yalan danışan insanlarda da bəzi fiziki dəyişikliklər olur. Bunlardan birincisi tərləmənin başlamasıdır. Yalan danışan insan yalanın üzə çıxması stressi ilə qorxaraq tərləməyə başlayır. Ağızda qəfil quruluq, göz təmasından qaçınmaq, mimikadan çox istifadə etmək kimi hallar yalan danışan insanları üzə çıxarır. Eyni zamanda, yalan danışan insanlar cümlələr arasında çox pauza edirlər.
Diqqəti yayındırmaq: Əgər qarşıdakı insan uğurlu yalançıdırsa, o zaman yalan danışarkən diqqətinizi başqa istiqamətə çəkməyə çalışacaq.Məsələn, saçıyla oynayaraq, masanın üzərindəki əşyanı hərəkət etdirərək və ya buna bənzər kiçik, lakin diqqətinizi yayındıran hərəkətlərlə sözlərə deyil, diqqətinizi o anın üzərində saxlamağa məcbur edərək cümlələr üzərində düşünməyə mane olurlar.
Yalanı müdafiə edərkən emosional manipulyasiya: Yalan danışan insanlar emosional manipulyasiyada uğurludurlar. Onların sizə dediklərinə inanmadığınız bir məqam varsa, o zaman sizi emosional olaraq manipulyasiya etməyə çalışa bilərlər. Bu zaman qarşı tərəfin yalan danışıb-danışmadığını anlaya bilərsiniz.
Dediklərinin heç bir əsası yoxdur: Yalanın gerçəkliyi olmadığı üçün sizə yalan danışan adamın sözündən əmin deyilsinizsə, bir az qazmağınız kifayət edər. Əgər israr edirsənsə, cümlə bir nəticəyə gəlmirsə və adam “ee” və “ii” kimi səslərlə cümləni dayandırırsa, deməli, yalan danışır.
İnandığınız an sakitləşirsə: Yalan danışan insana inandığınızı dediyiniz zaman dodaq küncündə təbəssüm işarəsi kimi simptomlar, bədənin qeyri-ixtiyari rahatlama instinkti və ya gözlərdə sakitləşdirici əlamətlər görünürsə, bu o deməkdir ki, stresdən xilas oldu. Sizi inandırdığı üçün rahatlaşır.
Mənbə: Habertürk
Tərcümə etdi: Lalə Mənəfova
