Bu gün:

Cevdet Yılmaz prezident vəzifəsini icra edəcək


Prezident Rəcəb Tayyib Ərdoğanın Cənubi Afrika Respublikasına səfəri zamanı vitse-prezident Cevdet Yılmaz prezident vəzifəsini icra edəcək.

Vitse-prezident Yılmaza prezident səlahiyyətlərini verən mandata əsasən, prezident Ərdoğan 21-23 noyabr tarixlərində Cənubi Afrika Respublikasına səfər edəcək. Türkiyə Cümhuriyyəti Konstitusiyasının 106-cı maddəsinə uyğun olaraq, vitse-prezident Cevdet Yılmaz müvəqqəti prezident səlahiyyətlərini icra edəcək.

Mənbə: Trt Xəbər

Tərcümə etdi: Nəzrin Nəsirova

Paylaş
Şərh əlavə et