Prezident Rəcəb Tayyib Ərdoğan Yohannesburqda keçirilən 20-ci G20 Liderlər Zirvə toplantısında iştirak etmək üçün bu gün Cənubi Afrikaya səfər edir.
Prezident Ərdoğan sammit çərçivəsində G20 liderləri, o cümlədən Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşəcək.
“Həmrəylik, bərabərlik, davamlılıq” ana mövzusu altında keçiriləcək sammitdə prezident Ərdoğan müxtəlif sessiyalarda da çıxışlar edəcək.
Prezident Ərdoğanı Esenboğa hava limanında vitse-prezident Cevdet Yılmaz, Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər yola salıblar.
Ərdoğan və xanımı Minə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, prezidentin kommunikasiya direktoru Burhanəddin Duran, prezidentin şəxsi katibi Həsən Doğan, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç, AK Partiyanın köməkçisi Cənubi Afrikaya gedib.
Mənbə: Trt Xəbər
Tərcümə etdi: Nəzrin Nəsirova
