Bu gün:

Braziliyalı cütlük “Beach Volleyball World Championships 2025”də yarımfinala yüksəlib


Braziliyanın çimərlik voleybolu üzrə cütlüyü Karol və Rebekka “Beach Volleyball World Championships 2025” turnirində möhtəşəm çıxışla yarımfinala vəsiqə qazanıblar. 

Adelaide şəhərində keçirilən qarşılaşmada onlar gərgin tay-breykdən sonra Olimpiya gümüş medalçıları olan Kanadanın komandası olan  Melissa və Brendi cütlüyünü məğlub ediblər.

Gərgin və yüksək tempdə keçən oyunun həlledici hissəsində braziliyalılar üstünlüyü ələ alaraq matçı qələbə ilə tamamlayıblar. Bu nəticə ilə Karol və Rebekka cütlüyü şənbə günü finala gedən yolda növbəti rəqibi ilə üz-üzə gələcək.

Turnirin rəsmi səhifəsi braziliyalı idmançıların çıxışını “mükəmməl performans” kimi qiymətləndirib və onların ab-havanı dəyişən oyun tərzinin azarkeşlər tərəfindən böyük maraqla qarşılandığını bildirib.

Belə ki,  yarımfinal qarşılaşmaları VBTV-də yayımlanacaq.


Mənbə: Volleyball World

Tərcümə etdi: Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et