Trump və Şaranın görüşməsinə baxmayaraq, ölkənin neft və təbii qaz ehtiyatlarının 90 faizindən çoxuna sahib olan Deyrizor–Haseke xətti terror təşkilatı SDG/YPG-nin nəzarətində qalmağa davam edir. Enerji sahələrinin təhvil verilməsini nəzərdə tutan razılaşma funksiyasını itirərkən regional düzəndə xüsusilə Böyük Britaniyanın roluna diqqət çəkilir.
ABŞ Prezidenti Donald Trump ilə Suriya Prezidenti Əhməd əş-Şara arasında 10 noyabrda Ağ Evdə baş tutan görüş bölgədə yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilsə də, Suriyadakı enerji sahələrində baş verən son inkişaflar, nikbin ab-havanın əksinə olaraq, regiondakı gərginliyin davam etdiyini göstərir. Aparılan təhlillərdə Suriyadakı düyünün mərkəzində enerji yataqlarının dayandığına diqqət çəkilir, iştah açan neft sahələri isə terror təşkilatı SDG-nin nəzarətində olan ərazilərdə yerləşir. Analitiklər Suriyadakı 2.5 milyard barel neft və 8.5 trilyon kubmetr təbii qaz ehtiyatlarının 90 faizindən çoxunun Deyrizor, Haseke və Rakka bölgəsində cəmləşdiyini xüsusi vurğulayırlar.
Mənbə: Haberglobal
Tərcümə etdi: Turqut Ansari
