Bu gün:

Trampın Ukraynada nizamlanma planı


“Bild” qəzeti mənbələrə istinadən yazıb ki, Almaniya ABŞ prezidenti Donald Trampın Ukrayna böhranının həlli planından narazılığını bildirir və onun həyata keçirilməsinin qarşısını almaq üçün tədbirlər görməyə başlayıb.

"Bild-in öyrəndiyi kimi Almaniya kansleri ABŞ administrasiyasının planına ciddi narahatlıqla baxıb və diplomatik əks tədbirlər üzərində işləyib", - nəşr yazıb.

Nəşrin yazdığına görə, Almaniya Nazirlər Kabineti Kiyevə ABŞ-nin dəstəklədiyi sənədlə razılaşmaması və təzyiq göstərmək üçün “avropalı tərəfdaşları səfərbər edib”.

Berlin həm də Avropa İttifaqının (Aİ) mövqeyini təbliğ etməklə Vaşinqtonun fikrinə təsir etmək istəyib.

Noyabrın 21-də Ukrayna prezidenti Volodimir Zelenski dolayı yolla təsdiqləyib ki, ABŞ-nin sülh planını razılaşdırmaq üçün bir həftə vaxtı var. O bildirib ki, “Xalqın xidmətçisi” fraksiyası ilə görüş zamanı Ukraynanı “çətin” danışıqlar həftəsi gözləyir.

Həmin gün münaqişəyə son qoymağa yönəlmiş 28 bənddən ibarət sənədin dərcindən sonra “The Wall Street Journal” yazıb ki, Avropa Kiyev üçün daha əlverişli şərtlərlə alternativ plan üzərində işləyib.

Mənbə: Google News

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et