Bu gün:

İnyestanın şirkəti Israel-Premier Tech komandasını yenidən brendləşdirib


Israel-Premier Tech velosiped komandası bundan sonra NSN Cycling Team adı ilə çıxış edəcək. Komanda keçmiş “Barselona” və İspaniya millisinin futbolçusu Andres İnyesta tərəfindən təsis edilən “Never Say Never” (NSN) adlı idman və əyləncə şirkəti tərəfindən ələ alınıb.

İsrail lisenziyalı komanda bu il bir sıra yarışlarda iştirakına görə etirazlarla üzləşib. Bu hadisələr fonunda noyabr ayında Premier Tech ortaq sponsorluqdan çəkildiyini açıqlanıb.

Komandadan verilən açıqlamada bildirilib ki, NSN İsveçrənin Cenevrə şəhərində yerləşən Stoneweg adlı investisiya platforması ilə tərəfdaşlıq qurub və yeni brend İsveçrə şirkəti kimi əsasən "Barselona" və "Xirona"da fəaliyyət göstərəcək.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli 

Paylaş
Şərh əlavə et