“Beşiktaş”dan ayrılmaq istədiyini açıqlayan və 16 gündür komandadan ayrı qalan Rafa Silva qış pəncərəsinin ən çox danışılan adlarından birinə çevrilib. Portuqaliyalı ulduza həm keçmiş klubu “Benfika”, həm də Belçikanın güclü təmsilçisi “Club Brugge” maraq göstərir.
Belçika mətbuatında yayılan xəbərlərə görə, “Club Brugge” Silvanın durumunu diqqətlə izləyir və o, sərbəst qalacağı halda dərhal rəsmi təklif göndərməyə hazırlaşır. Klubun məqsədi transferi ödənişsiz şəkildə reallaşdırmaqdır ki, bu da marağı daha da artırır.
Digər tərəfdən, “Benfika” da prosesi yaxından izləyir. Lissabon təmsilçisi Rafa Silvanın Beşiktaşla yollarını ayıracağı təqdirdə ulduz oyunçunu geri qaytarmaq üçün vaxt itirmədən hərəkətə keçəcək.
Cari mövsüm “Beşiktaş”la 16 matça çıxan Rafa Silva 5 qol və 3 assistlə 8 qola birbaşa təsir edib. Onun hansı seçimi edəcəyi qış transfer bazarının ən maraqlı suallarından birinə çevrilib.
https://www.haberler.com/spor/iste-rafa-silva-nin-pesindeki-iki-takim-19271418-haberi/
Mənbə: Haberler
Tərcümə etdi: Ömər Cəfərov
