Bu gün:

Qatıq nə üçün istifadə olunur?


Hamımızın bildiyi kimi, qatıq türk tarixinin mühüm parçasıdır. Qatıq ayrandan mantıya qədər mətbəximizdə vazkeçilməz şəkildə istifadə olunur. Bəs qatıqla məlum olanlardan başqa nə edə biləcəyiniz barədə fikriniz varmı?

Cavab olaraq bir neçə nümunələr olduğunu qeyd etmək istərdik. 

1.Əgər qatığı vafli və pankek xəmirinə qoysanız, çox daha qabarıq və yüngül şirniyyat əldə edərsiniz.

2.Fileto(sümüksüz balıq) balığın üzərinə yayıb sobada bişirdikdə çox gözəl və xırtıldayan balıq bişirmək mümkündür.

3.Tərkibində krem və ya mayonez olan reseptlərdə alternativ olaraq istifadə edə bilərsiniz.

4.İran mətbəxinin bir parçası olan qızardılmış basmati plovunu(pərdə plov) hazırlayarkən qatıq, zəfəran və su qarışığını qazanın dibinə səpərək çox daha xırtıldayan və ləzzətli bir təbəqə yarada bilərsiniz. 

5.Soyuq içilən yay şorbalarına 1 qaşıq qatıq əlavə edib daha ləzzətli dad əldə etmək mümkündür.

6.Salat sosu üçün əsas vasitə kimi istifadə edə bilərsiniz.

7. İsti şorbalarla süfrəyə verə bilərsiniz.

8.Bal və təzə meyvələrlə qarışdırıb dondurduqda sağlam və dadlı dondurma əldə edə bilərsiniz.

9.İçinə bir çimdik hil tozu töküb sobada qızardılmış təzə əncir və ya ananas kimi meyvələrin yanında sağlam desert kimi vermək olar.

10.Smuzi hazırlayarkən əsas tərkib kimi istifadə etmək olar. Bu, qidanı daha doyurucu edir.

11.Bir gecə əvvəl müsli(süd qarışığı) ilə qarışdırıb soyuducuda saxlayın. Növbəti səhər bal və təzə meyvələri əlavə edib dadlı səhər yeməyi hazırlayın.

12. Çiy şokoladlı peçenye hazırlamaq üçün qatıq, fıstıq kremi, darçın, ağcaqayın siropu və şokolad çiplərindən xəmir hazırlayın.Forma verin və 2 saat soyuducuda saxlayandan sonra nuş olsun.

13. Saç nəmləndiricisi kimi istifadə edə bilərsiniz. Nəm saça tam yağlı qatıq çəkin, 5 dəqiqə saxlayın və yuyun.

14. Ölü dəridən xilas olmaq üçün tövsiyə olunur. Badam unu ilə qarışdırıb yumşaq masaj edərək üzünüzə çəkə bilərsiniz. 10 dəqiqədən sonra yuyun.

15. Sızanaq probleminiz varsa, qatıqla üz maskası etmək məsləhətdir. Qatığın antibakterial olması bu vəziyyətdə çox kömək edir.

Mənbə: Macromore

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş
Şərh əlavə et