Bu gün:

“Barselona” rəhbərliyi Sant Kuqat monastırında iclas keçirib


“Barselona” futbol klubunun İdarə Heyətinin növbəti iclası Kataloniyanın tarixi məkanlarından biri olan Sant Kuqat del Valles Monastırında baş tutub. İclas klub prezidenti Joan Laportanın rəhbərliyi ilə keçirilib.

Bu barədə məlumat “Barselona”nın rəsmi kanallarında paylaşılıb. Bildirilib ki, görüş çərçivəsində həm klub rəhbərliyi arasında müzakirələr aparılıb, həm də yerli icra orqanlarının nümayəndələri ilə görüş təşkil olunub.

Günün ikinci hissəsində isə klub rəhbərləri bölgə sakinləri ilə iştirakçı formatında görüş keçirib, onların təklif və fikirlərini dinləyiblər.

Tədbir zamanı klub prezidenti Laporta yerli icma rəhbərliyinə üzərində ad yazılmış “Barselona” formasını hədiyyə edib. Hədiyyə jesti sosial şəbəkələrdə böyük diqqət çəkib və azarkeşlər tərəfindən müsbət qarşılanıb.

İclasın detalları yaxın günlərdə klubun növbəti rəsmi açıqlamasında paylaşılacaq.

Mənbə: FC Barcelona

Tərcümə etdi: Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et