Bu gün:

Ukrayna 1000 əsgərinin cəsədini qəbul edib


Rusiya Ukrayna Silahlı Qüvvələrinin həlak olmuş 1000 hərbçisinin cəsədini Ukraynaya təhvil verib, Dövlət Dumasının deputatı, xüsusi hərbi əməliyyatların əlaqələndirilməsi üzrə parlament qrupunu təmsil edən Şəmsail Saraliev RBK kanalına bildirib. Ukrayna hüquq-mühafizə orqanları Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə lazımi məhkəmə-tibbi ekspertizalarını keçirəcək.

Ukrayna tərəfinin mərhumun şəxsiyyətinin müəyyən edilməsi prosedurunu da aparacağı gözlənilir. Meyitlərin təhvil verilməsi İstanbulda əldə olunan razılaşmalar çərçivəsində baş tutub.

Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl bəyan edib ki, Rusiya və Ukrayna hərbi əsirlərin mübadiləsi ilə bağlı danışıqları davam etdirib. Onun sözlərinə görə, bu danışıqlar ekspert qrupları səviyyəsində aparılıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova əvvəllər Kiyevi son məhbus mübadiləsi razılaşmalarını pozmaqda ittiham edib. Bu şərh xarici işlər nazirinin müavini Sergey Kislitsanın Rusiya tərəfi ilə müzakirələr aparmağın mümkünsüzlüyü ilə bağlı bəyanatına cavab olaraq verilib.

Mənbə: News.ru

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et