Bu gün:

Avropa gömrük vergilərini qaldırıb


Avropa İttifaqı 2026-cı ildən etibarən 150 avrodan aşağı dəyəri olan xaricdən verilən sifarişlər üçün qüvvədə olan gömrük vergisi azadlığını ləğv etməyi planlaşdırır. 

Bu tənzimləmənin Türkiyənin Aİ bazarındakı e-ixracatına mənfi təsir göstərəcəyi gözlənilərkən iş dünyasının nümayəndələri Türkiyənin bu qərardan istisna olunaraq təsirlərin yumşaldılmasını tələb edib.

Tənzimləmənin, xüsusilə Çin mənşəli göndərişləri məhdudlaşdırmaq məqsədi daşıdığı bildirilsə də, mövcud vəziyyətdə Türkiyədən edilən kiçik həcmli e-ticarət göndərişlərinin də bu tətbiqə daxil ediləcəyi gözlənilir. İş dünyası və sektor nümayəndələri Gömrük İttifaqı üzvlüyünü və güclü təchizat zənciri inteqrasiyasını vurğulayaraq Türkiyənin bu tətbiqdən azad olunmalı olduğunu qeyd edirlər.

Mənbə: haberler.com

Tərcümə etdi: Turqut Ansari

Paylaş
Şərh əlavə et