
Bəzən möhtəşəm nahar süfrəsinin sehrini mədəmizdəki narahatlıq pozur. Bu problemi su ilə həll etmək olar. Belə hallarda köməyimizə mineral sular gəlir.
Mineral sular haqqında bilmədiyimiz bəzi maraqlı faktlar var:
1.Yaxşı balanslaşdırıcı vasitədir
Bədəndə olan artıq duz miqdarı bədənimizi yorğun və daim şişkin edə bilər. Bu baxımdan mineral su yaxşı balanslaşdırıcıdır. Mineral su yığılan artıq duzu çıxarmağa kömək edir, bədəni qoruyur.
2.Arzuolunmaz selülitlərdən qoruyur
Bəzən ayağlarımızda portağal qabığına bənzər çuxurlar görürük. İçdiyimiz mineral su həmin çuxurların əmələ gəlməsinin qarşısını alır. Tərkibindəki minerallar bədəndəki yağların yanmasını sürətləndirir və yarana biləcək problemlərin qarşısını alır.

3.Dərinin yağ ifrazını normaya salır
Hər gün bir miqdar mineral su içmək dərini daha sağlam edir. Bu yolla dəri daha çox yağ ifraz etməyəcək. Dərinizin quruyacağından narahat olmayın. Mineral su sadəcə olaraq artıq yağı azaldır və dərinizi güzgü kimi hamar edir.
4.Üz baxımı üçün təbii vasitə
Əgər üz baxımında təbii vasitələr istifadə edirsinizsə, mineral su sizin sevimli təbii tonikiniz ola bilər. Buz qəliblərinə mineral su doldurub üzünüzə tətbiq edə bilərsiniz. Ardınca nəmləndirici istifadə etmək dərinizi parıldadacaq. Lakin buz soyuqdəymə yarada bilər, ona görə də əvvəlcə həkiminizlə məsləhətləşməyi unutmayın.

5.Kalori problemi yaratmır
Bir şüşə mineral su dərinizi gözəlləşdirir, sağlamlığa faydalıdır.Bu azmış kimi bütün bunları edərkən az da olsa kalori yaratmır.
Mənbə: Macromore
Tərcümə etdi: Samirə İsmayılova
