Türkiyə milli komandası FIFA dünya sıralamasında bir pillə irəliləyərək 25-ci yerə yüksəlib.

FIFA-nın açıqladığı noyabr sıralamasına əsasən, Türkiyə 1582,69 xal toplayıb və 25-ci pilləyə qalxıb.
Millilər noyabr ayında 2026 FIFA Dünya Kuboku Avropa Seleksiya oyunlarında qarşılaşdığı Bolqarıstanı 2-0 hesabı ilə məğlub edib, dünya birincisi İspaniya ilə 2-2 hesabı ilə heç-heçə oynayıb.
Ay-ulduzlu komanda FIFA sıralamasında İyun 2017-dən bəri ən yaxşı nəticəsini əldə edib. Türkiyə baş məşqçi Fatih Terimin rəhbərliyi dövründə 1 iyun 2017-də açıqlanan dünya sıralamasında 25-ci pillədə qərar tutub.
İspaniya FIFA dünya sıralamasında liderliyini qoruyub, Argentina ikinci, Fransa isə üçüncü yerdə qalıb.
Mənbə: TRT Sports
Tərcümə etdi: Fəqan Nurullazadə
