Sarı-qırmızılı rəhbərlik Beşiktaşda yaranan böhrandan sonra komandanın yeni transferi Rafa Silva ilə aradakı məsafəni artırıb. Klubun portuqaliyalı futbolçu ilə bağlı heç bir plan qurmayıb və yaxın vaxtlarda da addım atmağı düşünmədiyi bildirilib. Beşiktaşdakı qarışıqlıq Silvanın qısa zamanda “arzuolunmaz oyunçu” imicini qazanmasına səbəb olub və bu, “Qalatasaray”ın mümkün transfer ehtimalını tamamilə sıradan çıxarıb.
Beşiktaşdakı hadisələrdən sonra Rafa Silvanın adı yenidən “Qalatasaray”la əlaqələndirilsə də, son inkişaflar rəhbərliyin mövqeyini dəyişib. Klub daxilində “Yaşadığı problemlər göz önündədir, belə riskli addım bizə fayda gətirməz” fikri üstünlük qazanıb. Bu səbəbdən “Qalatasaray” Silvaya yaxın durmaq niyyətindən uzaqlaşıb.
“Beşiktaş” prezidenti Serdal Adalı son açıqlamasında “Qalatasaray yalnız Rafanın formasını ala bilər” sözlərini işlədib. Amma sarı-qırmızılı tərəfdən gələn məlumatlar göstərib ki, “Qalatasaray” Rafa Silvanın formasını belə almağı düşünməyib. Baş məşqçi Okan Burukun da futbolçu ilə bağlı müsbət planının olmadığı bildirilib və klubun portuqaliyalı oyunçu üçün heç bir təşəbbüs göstərməyəcəyi dəqiqləşib.
Beşiktaşdakı böhran nəticəsində qısa müddətdə “arzuolunmaz” statusu alan Silva ilə bağlı vəziyyət futbol ictimaiyyətində maraqla izlənilib. “Qalatasaray” isə qapıları tam bağlayıb və mümkün transfer ehtimalını ortadan qaldırıb.
https://www.haberler.com/spor/galatasaray-dan-rafa-silva-karari-19268581-haberi/
Mənbə: Haberler
Tərcümə etdi: Ömər Cəfərov
