Bu gün:

Devid Bekhem Bank of America ilə idman tərəfdaşlığı müqaviləsi imzalayıb


İngiltərə millisinin sabiq kapitanı Devid Bekhem 2026-cı ildə Şimali Amerikada keçiriləcək dünya çempionatı öncəsi Bank of America ilə qlobal idman proqramlarını təşviq etmək məqsədilə çoxillik tərəfdaşlıq müqaviləsi imzalayıb. Bu barədə məlumat ilk olaraq "Reuters" tərəfindən yayımlanıb.

MLS-də çıxış edən "İnter Mayami" klubunun həmsahibi olan britaniyalı ulduz ABŞ-də həm oyunçu kimi karyerası zamanı, həm də klub sahibi kimi Lionel Messini 2023-cü ildə Mayamiyə gətirməklə futbolun populyarlığını artırıb.

Bekhem bildirib ki, dünya çempionatı ölkədə futbola marağı daha da artıracaq: "Bu, dünyanın ən böyük idman turniridir. Mən artıq bu oyuna dəstəyin artdığını görürəm... Bilirik ki, orada böyük bir bazar var, sanki yuxuda olan bir nəhəngdir".

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et