“Zenit”in keçmiş baş məşqçisi Advokatın rəhbərlik etdiyi Kurasao millisi 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.

Lenta.ru-nun müxbirinin verdiyi məlumata görə, " Kurasao " milli komandası tarixində ilk dəfə olaraq 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanıb.
Komanda CONCACAF seçmə qrupunda birinci olub. Turnirin final mərhələsində Yamayka ilə 0:0 hesablı heç-heçə edən " Kurasao " turnirə vəsiqəni təmin edib." Kurasao " millisinə Rusiya millisi və Sankt-Peterburqun "Zenit"inin sabiq baş məşqçisi Dik Advokat rəhbərlik edir. O, 2024-cü ilin yanvarından bu vəzifəni icra edir.
Təxminən 156.000 əhalisi olan " Kyurasao " milli komandasının dünya çempionatında iştirak edəcəyi ən az əhalisi olan ölkədir. Əvvəllər bu rekord 390 min əhalisi olan İslandiyaya məxsus idi.
Mənbə: Lenta.RU
Tərcümə etdi: Zeynəb Şahmarova
