Bu gün:

Tramp Səudiyyə Ərəbistanını rəsmi olaraq NATO-ya üzv olmayan əsas müttəfiq təyin edib


24media.az Azərtac-a istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanını rəsmi olaraq NATO-ya üzv olmayan əsas müttəfiq kimi təyin edib.Tramp bu barədə Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla şam yeməyi zamanı açıqlayıb və bu ölkə ilə müdafiə sahəsində əlaqələri genişləndirmək istədiyini əlavə edib.

"Daha güclü bir ittifaq hər iki ölkənin maraqlarına xidmət edəcək", - deyə Tramp bildirib.

Dövlət Departamentinin məlumatına əsasən, ABŞ-ın hazırda NATO-ya üzv olmayan 19 əsas müttəfiqi var.

Tramp həmçinin, bu həftənin əvvəlində Səudiyyə Ərəbistanına F-35 qırıcı təyyarələri satacağını açıqlayıb.

Turqut Ansari

Paylaş
Şərh əlavə et