Dünya Çempionatının Afrika seçmə mərhələsinin pley-off finalında Nigeriya – Konqo matçında zədələnən Viktor Osimhen İstanbulda ilk açıqlamasını verib. “Qalatasaray”ın hücumçusu hava limanında jurnalistlərə vəziyyətinin ciddi olmadığını bildirib.
“Ağrınız varmı?” sualına cavab verən Osimhen “Xeyr, ciddi deyil” deyərək azarkeşləri arxayın salıb. Futbolçunun son durumu çərşənbə günü ediləcək MRT müayinəsindən sonra müəyyənləşəcək.
İlkin məlumatlara görə, ulduz hücumçunun “Gençlerbirliği” ilə oyun üçün risk altında olması gözlənilmir. Osimhen bu mövsüm 12 matçda 9 qola imza atıb.
https://www.haberler.com/spor/osimhen-den-sakatligi-hakkinda-ilk-aciklama-19267115-haberi/
Mənbə: Haberler
Tərcümə etdi: Ömər Cəfərov
