Bu gün:

Kriştiano Ronaldo 12 ildən sonra ABŞ-yə qayıdır


Portuqaliya 2026-cı ilin martında Atlantada ABŞ yığmasına qarşı yoldaşlıq oyunu keçirəcək və bu, ulduz futbolçunun 2014-dən bəri Amerikadakı ilk görüşü olacaq.

Ronaldo uzun müddət ABŞ-dən uzaq qalıb. Səbəb 2009-cu ildə Las-Veqasda ona qarşı irəli sürülmüş ittiham idi. İş davam etdiyi üçün ölkəyə daxil olmaq futbolçu üçün hüquqi risk yaradırdı.

2023-də məhkəmə işi tam rədd edildi, iddiaçının vəkilinə isə Ronaldoya 334 min dollar ödəmək tapşırılıb. Bununla bütün maneələr aradan qalxıb.

İndi Ronaldo nəhayət ki, 12 ildən sonra ABŞ-yə qayıdır — yalnız futbol üçün.


Mənbə: beIN SPORTS

Tərcümə etdi: Mələk Nəsirli



Paylaş
Şərh əlavə et