Ümumdünya Boks Təşkilatı açıqlayıb ki, Ukraynalı boksçu Aleksandr Usik WBO ağır çəki dərəcəsində titulundan könüllü olaraq imtina etdikdən sonra dünya çempionu statusunu itirib.

WBO bəyan edib ki, Usik "öz qərarını diqqətlə nəzərdən keçirib və titulunu tərk etməyi seçib". Bu qərarın səbəbi açıqlanmayıb.
WBO kəmərini itirməsinə baxmayaraq, Usik bu ilin iyulunda Londonun Uembli stadionunda Daniel Dubois üzərində qələbə qazandıqdan sonra WBA, WBC və IBF titullarının sahibi olaraq qalıb. Bu qələbə onu ikinci dəfə ağır çəkidə şəksiz dünya çempionu edib.
Usik 2021-ci ilin sentyabrında Entoni Coşuanı məğlub edərək WBO üzrə dünya çempionu olub. O vaxtdan bəri o, kəməri beş dəfə uğurla qoruyub, hər dəfə qalib gəlib.
2024-cü ilin mayında Fyurini məğlub etdikdən sonra o, bütün dörd kateqoriyada (WBO, WBA, WBC və IBF) dünya çempionu olub.
Cəmi beş həftə sonra Usik IBF kəmərini müdafiə etməkdən imtina edərək könüllü olaraq rədd edib. Lakin o, hələ də müvəqqəti olaraq həmin kəməri saxlayıb. İndi Usik WBO titulundan da imtina edib və bununla da mübahisəsiz çempion kimi rəsmi statusunu itirib.
Mənbə: BBC News
Tərcümə etdi: Əli Balayev
