Bu gün:

ABŞ Səudiyyə Ərəbistanına F-35 qırıcıları satacaq


ABŞ Səudiyyə Ərəbistanına F-35 qırıcı təyyarələri satacaq, Donald Tramp Səudiyyə Ərəbistanının Vəliəhdi Məhəmməd bin Salmanla Ağ Ev görüşü ərəfəsində jurnalistlərə bildirib.


“Biz bunu edəcəyik. F-35 təyyarələri satacağıq", - Tramp bildirib. Liderlərin müdafiə və mülki nüvə enerjisi razılaşmalarını müzakirə etməsi gözlənilir, bu Camal Qaşıqçının öldürülməsindən yeddi il sonra Səudiyyə liderinin Ağ Evə ilk səfəridir.

ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, Şahzadə Məhəmməd qətlə səbəb olan əməliyyatı təsdiqləyib. Vəliəhd şahzadə qətl hadisəsində hər hansı bir rolunu inkar edib.

Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova


Paylaş
Şərh əlavə et