İtaliya Super Liqasında keçirilən "Allianz Milano" ilə "Padova" görüşündə yapon voleybolçu Tatsunori Otsuka parlaq performansı ilə diqqət mərkəzindədir. Gənc voleybolçu matç boyunca həm hücumun, həm də müdafiədə komandasının ən yaddaqalan oyunçularından biri olub.
Volleyball World Italia-nın yaydığı məlumata görə, Otsuka qarşılaşmada 23 xal toplayıb və meydanın hər nöqtəsində fəallığı ilə seçilib. Onun kəskin hücumları, həlledici epizodlarda düzgün qərarları və yüksək intensivliklə oyunu Allianz Milanoya əhəmiyyətli üstünlük qazandırıb.
Ekspertlər bildirirlər ki, Otsukanın bu mövsümdəki çıxışı yüksəlişdədir və o, SuperLiqa-nın ən diqqət çəkən gənc voleybolçularından birinə çevrilməkdədir.
Mənbə: Volleyball World Italia
Tərcümə etdi: Fatimə Salmanlı
