Bu gün:

"Verona"komandası Darlanın oyunu ilə qələbə qazanıb


İtaliya Super Liqasında keçirilən "Verona"  "Peruciya" qarşılaşması gərgin mübarizə şəraitində 5 set davam edib. "Verona" qısa final oyununda üstünlük qazanaraq matçı xeyrinə başa vurub.

Məlumata görə, Darlan matçda 24 xal toplayıb, 5 “eys” zərbəsi vurub və qısa final oyununda ardıcıl 3 güclü servisi ilə matçın taleyini müəyyənləşdirib. Onun bu performansı ona görüşün ən yaxşı oyunçusu, yəni MVP titulunu qazandırıb.

"Verona"nın hücum xətti də yüksək göstəricilərlə oynayıb. Darlan 67 faizlə hücum edərək komandanın təşkil etdiyi ötürmələri effektiv şəkildə xala çevirib.

Qələbə sayəsində "Verona" turnir cədvəlində xalını 14-ə yüksəldib və mövsümün sürpriz komandası statusunu təsdiqləyib. 


Mənbə: Volleyball World Italia

Tərcümə etdi: Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et