Bu gün:

Danimarkada xalq yerli seçkilər üçün səs verir


Danimarka­da qeydiyyatda olan təxminən 5 milyon seçici yerli rəhbərləri müəyyən etmək üçün seçki məntəqələrinə gedir.

Danimarka mediasının yaydığı məlumata görə, ölkənin 98 bələdiyyəsi və 5 regionunda fəaliyyət göstərəcək 2 min 500-dən çox nümayəndənin seçilməsi üçün danimarkalılar yerli vaxtla saat 22:00-a qədər səs verə biləcəklər.

Sorğular göstərir ki, 2021-ci il seçkilərində 98 bələdiyyədən 44-nü qazanan Baş nazir Mette Frederiksenin Sosial Demokrat Partiyası bu dəfə itkilərlə üzləşə bilər.

Partiyanın 1938-ci ildən bəri keçirilən seçkilərdə paytaxt Kopenhagendə qalib gəldiyi də bildirilir. Danimarka yerli seçkilərində türk əsilli namizədlərin də iştirak etdiyi qeyd olunub.

Bundan başqa, seçki kampaniyasının son həftəsində siyasi partiyaların internet saytlarına Rusiyadan kiberhücumlar edildiyi də açıqlanıb.

Mənbə: TRT HABER 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et