Bu gün:

Tramp ''Ağ Ev''- də Kriştiano Ronaldonu qəbul edəcək


ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı "Ağ Ev" - də portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə görüşəcək.Bundan əvvəl Ronaldo jurnalist Piers Morqana ilə olan müsahibəsində Amerika lideri ilə görüşmək arzusunu bildirib.

Tramp çərşənbə axşamı "Ağ Ev"- də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı da qəbul edəcək. Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubunda çıxış edir. Onların Vaşinqtona səfərlərinin bağlı olub-olmadığı hələlik məlum deyil.

Qeyd edək ki, 40 yaşlı dünya ulduzu-Ronaldo 5 dəfə "Qızıl top"un qalibi, 5 dəfə Çempionlar Liqasının qalibi, 5 dəfə Avropa çempionu, iki dəfə Millətlər Liqasının qalibi, həm də milli komandalar, Avropa çempionatları və Çempionlar Liqası tarixində ən çox qol vuran futbolçudur.


Mənbə: Матч ТВ

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et