Bu gün:

Rubio: "Dünya kubokuna gəlirsinizsə, vizanızı indi alın"


ABŞ Prezidenti Tramp ABŞ-nin bu il də ev sahibliyi edəcəyi Dünya Kuboku oyunlarına qatılmaq üçün xarici azarkeşlərə üstünlük verən viza sisteminin yaradılacağını açıqlayıb. ABŞ xarici işlər naziri Rubio: "Dünya Kubokuna gəlirsinizsə, vizanızı indi alın. Bilet almağınız ABŞ-yə daxil ola biləcəyiniz demək deyil"-deyə bildirib. Tramp həmçinin Dünya Kubokunun 30 milyard dollar gəlir gətirə və 200.000 iş yeri yarada biləcəyini bildirib.

ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə ABŞ-nin 11 şəhərində keçiriləcək FİFA Dünya Kuboku oyunlarına bilet alan xarici qonaqlar üçün viza müraciətlərinin sürətləndiriləcəyini açıqlayıb.

Vaşinqton 11 iyun - 19 iyul tarixlərində Dünya Kuboku oyunlarına qatılmaq üçün xarici azarkeşlərə üstünlük verən viza təyinatı sistemi yaradacaq. Meksika və Kanada da oyunlara ev sahibliyi edəcək.

Mənbə: Habertürk

Tərcümə etdi: Aygül Alıyeva


Paylaş
Şərh əlavə et