Norveç Dünya Çempionatının Avropa Təsnifat mərhələsinin I qrupunda İtaliyanı 4:1 hesabı ilə məğlub edərək 2026-cı il dünya çempionatına vəsiqə qazanıb. Bu qələbə ilə Norveç 24 xalla qrup lideri olub. İtaliya isə 18 xalla pley-offda çıxış edəcək komandalar arasında yer alıb. Norveç 1998-ci ildən sonra ilk dəfə dünya çempionatında meydana çıxacaq.
Dünya Çempionatının Avropa Təsnifat mərhələsinin I qrupunun kritik oyununda İtaliya millisi Milanın “Cüzeppe Meatsa” stadionunda Norveçi qəbul edib. Qarşılaşmada 4:1 hesabı ilə qalib gələn qonaq komanda böyük sürpriz edərək qrup lideri olub.
Norveçə qələbə qazandıran qolları Erlinq Haaland (2), Antonio Nusa və Yorgen Strand Larsen vurub. Bu nəticə ilə Norveç 24 xalla qrupu lider olaraq tamamlayıb və birbaşa DÇ-2026-ya vəsiqə qazanıb. İtaliya 18 xalla pley-offa vəsiqə qazanıb.
https://www.haberler.com/spor/italya-yi-sahadan-silen-norvec-28-yil-sonra-19260219-haberi/
Mənbə: Haberler
Tərcümə etdi: Ömər Cəfərov
