Bu gün:

İngiltərənin Albaniya üzərində qələbəsində Bellingham MVP seçilib


Yığmanın ən yaxşılarından olan yarımmüdafiəçi 83 dəqiqə meydanda olub. İngiltərə 2026 Dünya Çempionatının seçmə mərhələsinin K qrupundakı son oyununda Tirana şəhərində Albaniya üzərində 2:0 hesablı qələbə qazanıb. Komandanın heyətində startda meydana çıxan Jude Bellingham 83 dəqiqə oynayıb və matçın ən dəyərli oyunçusu (MVP) seçilib.

"Real Madrid"in yarımmüdafiəçisi hücumda böyük təhlükə yaradıb və iki dəfə qol vurmağa yaxın olub. Oyunun 73-cü dəqiqəsində Harry Kane hesabı açıb, 81-ci dəqiqədə isə dubl edərək yekun nəticəni müəyyənləşdirib. Bu qələbə ilə İngiltərə qrup mərhələsini lider kimi başa vurub.

Mənbə: Real Madrid TV

Tərcümə etdi: Mələk Nəsirli 

Paylaş
Şərh əlavə et