Bu gün:

Kreml ukraynalıları Sibirə deportasiya edəcəyini iddia edir


Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinə bağlı Milli Müqavimət Mərkəzi (CNR) iddia edib ki, Kreml işğal altındakı Xerson, Zaporojya, Donetsk və Luqanskdakı Ukrayna əhalisini Sibirə yönəltməyi və regionun yenidən qurulmasını ukraynalılar vasitəsilə həyata keçirməyi planlaşdırır.


Ukrayna mətbuatının məlumatına görə, hazırda Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edən keçmiş müdafiə naziri Sergey Şoyqu bu yaxınlarda “700 milyard dollar investisiya” və “sənaye klasterləri”ni özündə birləşdirən genişmiqyaslı “Sibir İnkişaf Proqramı”nı elan edib.

Sibirin gənc əhalisini itirməsi və ağır səfərbərliyə görə dağılma vəziyyətində olduğunu iddia edən xəbərlər Moskva hökumətinin bölgədəki işçi çatışmazlığını işğal olunmuş ərazilərdə yaşayan ukraynalılarla doldurmağı hədəflədiyini deməyə əsas verir. İddialara görə, Kreml dövlət qurumlarına, o cümlədən məktəblərə və xəstəxanalara “uzunmüddətli işlərə göndərilə bilən və heç bir ailə öhdəliyi olmayan işçiləri” müəyyənləşdirmək üçün göstəriş verib. Rusiyanın bəyan etdiyi məqsəd işğal olunmuş ərazilərin demoqrafik göstəricilərini əsaslı şəkildə dəyişməkdir. Hesabatlarda vurğulanır ki, bu praktika sovet dövrünün deportasiya siyasətinə bənzəyir.

Mənbə: Hürriyyet

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et