Bu gün:

"Çelsi"nin keçmiş futbolçusu xəstəxanadan buraxılıb


"Çelsi" -nin sabiq yarımmüdafiəçisi, hazırda Braziliyanın "San Paulo" klubunda çıxış edən Oskar xəstəxanadan buraxılıb.

Bu barədə klubun sosial media hesabında məlumat yayılıb.

Futbolçu noyabrın 12-də müntəzəm tibbi müayinə zamanı aşkarlanan ürəyində problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. Xəstəxanada aparılan hərtərəfli müayinə zamanı futbolçunun vazovagal bayılma epizodundan əziyyət çəkdiyi təsdiqlənib. Xəstənin vəziyyətinin stabil olduğu və xəstəxanada olduğu müddətdə yaxşılaşdığı, bir neçə gün müddətində isə həkim nəzarətində saxlanılacağı bildirilib.

Mənbə: Чемпионат

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et