Bu gün:

İspaniya – Türkiyə matçını alman referi Feliks Zwayer idarə edəcək


2026-cı il dünya çempionatının seçmə mərhələsinin E qrupunda keçiriləcək son qarşılaşma – İspaniya–Türkiyə oyununun hakim təyinatları açıqlanıb. Türkiyə Futbol Federasiyasının məlumatına görə, vacib görüşü almaniyalı FIFA referisi Feliks Zwayer idarə edəcək.

Sevilyada yerləşən La Cartuja stadionunda saat 22:45-də start götürəcək matçda Zwayerə həmvətənləri Robert Kempter və Kristian Dits köməkçi olacaq. Qarşılaşmanın dördüncü hakimi isə Sven Yablonski olacaq.

Ay-ulduzlu komanda üçün bu oyun xüsusi əhəmiyyət daşıyır. Türkiyə rəqibi 7 fərqlə məğlub etdiyi halda, E qrupunu lider kimi tamamlayaraq dünya çempionatına birbaşa vəsiqə qazanacaq. Komanda ikinci yerdə qərarlaşarsa, mübarizəni pley-off mərhələsində davam etdirəcək.

https://www.haberler.com/spor/ispanya-turkiye-macini-alman-hakem-felix-zwayer-19258684-haberi/

Mənbə: Haberler

Tərcümə etdi: Ömər Cəfərov

Paylaş
Şərh əlavə et