"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Camavinga əzələ nahiyəsində yüngül zədə alıb və bu səbəbdən Fransa millisinin düşərgəsini vaxtından əvvəl tərk edərək İspaniyaya qayıdıb. O, Azərbaycanla qarşıdakı oyunda iştirak etməyəcək və indi əsas hədəfi "Real Madrid"in La Liqada "Elçe"yə qarşı oyununa qədər sağalmaqdır.
Son illərdə zədələrə meyilli olan Camavinganın bu problemi də onun start heyətində sabit yer tutmasına mane ola bilər. Həkimlər zədənin ciddi olmadığını bildirsələr də, Madrid klubu ehtiyatlı davranaraq onun həm "Elçe", həm də Avropa Liqasında "Olimpiakos"a qarşı görüşləri buraxmasını istəyə bilər.
Mənbə: Managing Madrid
Tərcümə etdi: Mələk Nəsirli
