"Beşiktaş"da Rafa Silvanın qara-ağ komandanın bu günkü ilk məşqinə qatılmadığı bildirilib.
"Trendyol" Super Liqasına milli komanda oyunları səbəbilə verilən fasilədə "Beşiktaş" məşqlərinə davam edib. Qara-ağ komandanın gündəmindəki əsas mövzulardan olan Rafa Silva ilə bağlı yaranan problem hələ də həll edilə bilməyib.
Rafa Silvanın bu gün "Beşiktaş"ın zalda keçirdiyi ilk məşqə qatılmadığı, qara-ağ komandanın bu axşam bir məşqinin daha olduğu qeyd edilib.
BJK Nevzat Dəmir Təsislərində Baş Məşqçi Sərgən Yalçının rəhbərliyi altında keçirilən məşqdə futbolçular qruplar halında qüvvət, koordinasiya və elastiklik işi görüblər. Mətbuata qapalı keçirilən məşq təxminən 1 saat çəkib.
Mənbə: TRT Sports
Tərcümə etdi: Fəqan Nurullazadə
