Nesine 3. Liqa komandalarından TCH Group Zonguldakspor Klubunun rəsmisi Harun Dəmir "mərc istintaqı" çərçivəsində komandadan 9 futbolçunun Peşəkar Futbol İntizam Şurasına (PFİŞ) göndərilməsi ilə bağlı açıqlama verib.
Dəmir şəhərdəki bir restoranda keçirilən mətbuat konfransında mərc istintaqının 28 aprel 2024-cü ildə oynanılan Ankaraspor-Nazilli Bələdiyyəspor matçından sonra öz klublarının şikayəti əsasında başladıldığını bildirib.
Zonguldaksporun prosesi yaxından izlədiyini qeyd edən Dəmir "Ankara Qərbi Respublika Baş Prokurorluğunda başlayan şikayətimizdən sonra sənəd İstanbula köçürülüb və bu gün yaranan vəziyyətin başlanğıcı Zonguldakspordur", -deyib.
Komandadan 9 oyunçunun mərc oynadığı təsbit edildiyini söyləyən Dəmir sözlərinə belə davam edib: "9 futbolçumuzun hansı oyunlara mərc oynadığı bizə gəlib. 2020-ci ildə oynayıb. Mərc ilə şike eyni şey deyil".
Mərc əyləncəsinə, pul qazanmasına yönəlik edilən şans oyunudur, lakin peşəkar futbolçunun oynaması qadağandır. (Futbol İntizam Təlimatı) 57-ci maddədə açıq şəkildə göstərib.
"Bizim futbolçularla bağladığımız müqavilədə də deyilir ki, 57-ci maddədə keçdiyi kimi hər hansı bir mərc oynandığı təqdirdə müqavilə tək tərəfli ləğv edilir və mövsümlük haqqın tamamı da geri qaytarılır. Dərhal qəzəblənib tamaşaçı təzyiqi ilə müqavilələri ləğv edə bilərdik, lakin biz soyuqqanlılığımızı qoruyub federasiyadan gözlədik, yazılarımız gəlib, lazımi müdafiələri vəkillərimiz edib. Oyunçularımız mütləq cəza alacaq. Bu, federasiyanın təlimatlarında mütləq göstərilib. Futbolçularımız şike etmədiyi üçün xoşbəxtik".
“Öz matçlarına heç oynamayıblar”. Dəmiroyunçu seçimlərində bundan sonra daha həssas davranacaqlarını da vurğulayaraq “Oyunçularımın öz matçlarına oynamadıqlarından onlara dəstək olmaqdan başqa edəcək heç bir şeyimiz yoxdur, amma gələcək cəzalara görə də reaksiyamızı verəcəyik” ifadələrini işlədib.
Mənbə: TRT Sports
Tərcümə etdi: Fəqan Nurullazadə
