Bu gün:

NYCFC Alonso Martinezin dizindən aldığı zədəni təsdiqləyib


MLS klubu New York City FC hücumçu Alonso Martinezin Kosta-Rika millisində olarkən dizindən zədə aldığını açıqlayıb. ABŞ mətbuatının məlumatına görə, 27 yaşlı futbolçu məşq zamanı ön çarpaz bağlarını (ACL) qoparıb.

"Martinez daha ətraflı müayinə üçün Nyu-Yorka qayıdıb. Gələcək günlərdə əlavə məlumat veriləcək. Klub olaraq ona tezliklə sağalmağı arzulayırıq", – deyə NYCFC-nin bəyanatında bildirilib.

Zədənin ağırlığına görə Martinez 23 noyabrda keçiriləcək Şərq Konfransının yarımfinalında "Philadelphia Union"la oyunu buraxa bilər.

Martinez bu mövsüm NYCFC-nin əsas qol silahına çevrilib – 30 oyunda (29 start) 17 qolla komandasının bombardiri olub. Pley-off mərhələsində "Charlotte FC"yə qarşı isə daha iki qol vurub.

Onun yoxluğu Kosta-Rika millisinin 2026-cı il Dünya Çempionatına vəsiqə uğrunda mübarizəsinə də ciddi təsir göstərə bilər. Martinez millidə indiyədək 30 oyunda 8 qol vurub.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli 

Paylaş
Şərh əlavə et