Bu gün:

7 oyun, 20 qol - İngiltərə mükəmməlliyə yaxınlaşır


İngiltərə Dünya Kubokunun seçmə mərhələsini keçərək, keçirdiyi 7 oyunun hamısında qalib gəlib və 20 cavabsız qol vuraraq, bir neçə rekorda imza atıb.Tomas Tuçelin komandası bazar günü son seçmə oyununda  Albaniyaya qalib gələrək xalını təmiz saxlasa, ən azı 6 seçmə oyun keçirən və hamısında qol buraxmadan qalib gələn ilk Avropa komandası olacaq.

Qeyd edək ki, İngiltərə bu eksklüziv siyahıya qoşulmaq ərəfəsində olan yeganə tərəf deyil - İspaniya və Norveç də 2026-cı il seçmələrinin hamısında qalib gəliblər, Luis de la Fuentenin komandası da hələ qol buraxmayıb.

Mənbə: BBC news

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et