Kristiano Ronaldonun İrlandiya Respublikası ilə oyunda aldığı qırmızı vərəqə Portuqaliyanın 2026-cı il Dünya Çempionatı planlarına ciddi təsir göstərə bilər. Portuqaliya 2-0 geridə qalarkən, Dara O'Shea ilə bağlı vəziyyət Ronaldonun rəqibini arxadan dirsəklə vurmasına səbəb olub və hakim Qlenn Nyberg sarı vərəqə versə belə, VAR yoxlamadan sonra qırmızı vərəqə verib. Bu Ronaldonun karyerasında 226-cı beynəlxalq oyunda ilk qırmızı vərəqə olub.
Bu cəzaya görə Ronaldo bazar günü Ermənistanla keçiriləcək vacib seçmə oyununu buraxacaq. Portuqaliya bu görüşdə qalib gəlməklə dünya çempionatına vəsiqəni təmin etməyi hədəfləyəcək. Komanda birbaşa Qətərə vəsiqə qazanarsa, növbəti rəsmi oyun Dünya Çempionatının qrup mərhələsinin açılış matçı olacaq.
Bununla belə, Portuqaliya pley-offa yüksəlsə, 40 yaşlı ulduz yarımfinal və ola bilsin ki, finalda iştirakdan kənarlaşdırıla bilər.
Son sözü FİFA deyəcək.
FİFA-nın İntizam Məcəlləsinə əsasən, “dirsəklə, yumruqla vurmaq, təpikləmək, tüpürmək və ya rəqibə zərbə endirmək” kimi təhqiredici davranışlar adətən üç oyunluq diskvalifikasiya ilə cəzalandırılır. Bu o deməkdir ki, Ronaldo dünya çempionatının qrup mərhələsinin ilk iki matçını buraxa bilər. Bununla belə, FİFA hər bir halı ayrıca qiymətləndirir. Məsələn, Lauren James 2023 Qadınlararası Dünya Çempionatında oxşar hadisəyə görə üç oyun əvəzinə iki oyunluq cəza alıb.
Buna görə də Ronaldonun cəzası texniki olaraq iki və ya üç matç ola bilər, hətta FİFA-nın onu uzatmayacağı da mümkündür. İntizam Komitəsinin qərarının dekabrın əvvəlində, dünya çempionatının püşkatma mərasimindən əvvəl açıqlanması gözlənilir. Bu qərar Ronaldonun son böyük beynəlxalq turnirini müəyyənləşdirəcək.
Mənbə: Goal.com
Tərcümə etdi: Zeynəb Şahmarova
