Bu gün:

UEFA-dan Fənərbaxçaya cəza


UEFA Avropa Liqasının 4-cü həftəsində Çexiyada keçirilən matçda baş verən insidentlərə görə Fənərbaxçanı və ev sahibi Viktoriya Plzeni cərimələyib.

UEFA, UEFA Nəzarət, Etika və İntizam Şurasının Fənərbaxçaya azarkeşləri tərəfindən irqçi və ayrıseçkilik xarakterli davranışa görə 15 min avro, obyektlərin zədələnməsinə və tribunalardakı işıqlandırma məşəllərinin zədələnməsinə görə 30 min avro, meydançaya atılan əşyalara və 25 min avro olmaqla ümumilikdə 78 min avro cərimə kəsdiyini açıqlayıb. 

Növbəti səfər matçı üçün Fənərbaxça azarkeşlərinə bilet satışının qadağan edilməsinə qərar verən idarə heyətinin bu sanksiyanı iki illik yoxlama müddəti üçün dayandırdığı da bildirilib.

UEFA-nın Nəzarət, Etika və İntizam Qurumunun Viktoria Plzen klubunu azarkeşlərinin irqçi və ayrıseçkilik davranışına görə 15 min avro və ictimai gəzintiləri bağladığına görə 6 min avro da daxil olmaqla 21 min avro cərimələdiyi bildirilib. Çexiya komandasının iki illik nəzarət müddətində tribunalarının qismən bağlanmasına görə də cərimələndiyi qeyd edilib.

Mənbə: Habertürk

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et