İntuisiyanın, hikmətin və yaddaşın simvolu olan bayquşlar bədbəxtlik gətirirmi?
Yunan mifologiyasında müharibə və müdriklik ilahəsi Afina həmişə bayquş şəklində təsvir edilmişdir.
Bayquş forması sayəsində, bütün həqiqəti görən Afina qoruyucu rolunu da öz üzərinə götürdü. Bayquşun gecə görmə və müdriklik kimi atributları Afinaya həsr edilmişdi və yunan mifologiyasında bayquş həmişə qoruyucu varlıq kimi görülsə də, tarixi heroqliflərdə bayquşlar qaranlığı, ölümü təmsil edirdi. Bu səbəbdən onlar uğursuzluqla əlaqələndirilir. İş o yerə çatıb ki, bayquşu bədbəxtlik kimi görən romalılar bu quşları tutub yandırıblar.
Bunun səbəbinin Sezar öldürülməzdən əvvəl bayquş səslərinin eşidilməsi ola biləcəyi vurğulanır. Xüsusilə də bayquşun çağırışının bədbəxtlik gətirdiyi deyilir. Babillilər bu səsin uşağını dünyaya gətirərkən ölən anaya bənzədiyinə inanırdılar. Onun səssiz uçuşu, gecə gəzməsi və digər quşlardan fərqli nəğməsi son illərdə bayquşu qorxulu heyvan kimi fərqləndirib. Amma bütün bu inancların xurafat olduğunu söyləmək yerinə düşər.
Mifologiyaya görə, bayquş görmək şəraitdən asılı olaraq bəxt və ya bədbəxtlik demək olar. Əksər xalqlarda uğursuzluq kimi görünsə də, bunun şans gətirdiyinə inananlar da var.
Mənbə: Onedio.com
Tərcümə etdi: Fidan Əlizadə
