Joze Mourinyonun Benfikadakı ikinci karyerası hələlik gözləntilərdən çox uzaqdır. Portuqaliyalı məşqçi 12 oyunda 6 qələbə, 3 heç-heçə və 3 məğlubiyyət əldə edib.
Joze Mourinyonun öz ölkəsinə dönüşü gözlənilən təsiri göstərməyib. 25 il fasilədən sonra ikinci dəfə Benfikada işə başlayan təcrübəli məşqçi tənqidlərin hədəfi olub.
Avqustda Fənərbaxçadan ayrılan Mourinyo sentyabrın 18-də Benfika ilə müqavilə imzalayıb. Təcrübəli baş məşqçi Portuqaliya komandasının sükanı arxasında 12 rəsmi oyuna çıxıb. Bu qarşılaşmaların 6-sında qalib gələn Benfika 3 dəfə heç-heçə edib və 3 dəfə məğlubiyyət yaşayıb.
Portuqaliya Liqasında Joze Mourinyonun rəhbərliyi ilə 7 oyuna çıxan Benfika bu qarşılaşmaların 4-nü qazanıb. 3 oyundan heç-heçə ilə ayrılan Portuqaliya komandası zirvədəki Portodan 6 xal geri qalıb. Portuqaliya Kubokunda isə Benfika yarı finala yüksəlib.
Benfikanın bu mövsüm Çempionlar Liqasındakı nəticələri də ürəkaçan deyil. Bruno Laje rəhbərliyi ilə çıxdığı ilk oyunda Qarabağa 3-2 uduzan Portuqaliya komandası Joze Mourinyonun sonra da xalla tanış ola bilməyib. Çelsi, Nyukasl və Bayer Leverkuzen ilə oyunları uduzan Benfika Çempionlar Liqasında 35-ci yerdədir.
Mənbə: TRT Sports
Tərcümə etdi: Fəqan Nurullazadə
