"San Paulo" futbol klubunun yarımmüdafiəçisinin ürək xəstəliyindən xəstəxanaya yerləşdirildiyi bildirilib.
Hazırda oyunçunun vəziyyətinin stabil olduğu və həkim nəzarətində olduğu qeyd edilib.
Qeyd edək ki, 2012-2017-ci illər arasında "Çelsi"-də çıxış edən və 2 Premyer Liqa çempionu olan Oskar 2024-cü ilin dekabrında "Sao Paulo"-ya qayıdıb.
Oskar zədələrlə mübarizə apardığı 2025-ci il mövsümündə bütün yarışlarda 21 oyun keçirib və 2 qol vurub.
Mənbə: NTV spor
Tərcümə etdi: Zeynəb Şahmarova
