Argentinalı ulduz futbolçu Lionel Messi keçmiş komandası "Barselona"nın stadionu "Kamp Nou"nu ziyarət edib. O, səfəri zamanı çəkdirdiyi şəkli sosial şəbəkədə paylaşaraq yazıb: “Darıxdığım yerə qayıtdım. Ümid edirəm ki, bir gün yenidən qayıda biləcəyəm”. Bu emosional paylaşım qısa müddətdə milyonlarla bəyənmə və şərh toplayıb.

Hazırda Amerikanın "İnter Mayami" klubunda çıxış edən 38 yaşlı futbolçu bir vaxtlar əfsanəyə çevrildiyi "Barselona" azarkeşlərini duyğulandırıb.
Messi uzun illər forma geyindiyi və çoxsaylı kuboklar qazandığı Kamp Nouya bu dəfə tamamlanmaq üzrə olan yeni stadionu görmək üçün yollanıb. O, paylaşımında belə yazıb: “Darıxdığım bir yerə qayıtdım. Çox xoşbəxt olduğum, mənə saysız dəfə dünyanın ən xoşbəxt insanı olduğumu hiss etdirən bir yer. Ümid edirəm ki, bir gün qayıda biləcəyəm, sadəcə oyunçu kimi vidalaşmaq üçün deyil, heç vaxt bunu edə bilmədiyim üçün...”
Messinin bu sözləri azarkeşlər tərəfindən böyük rəğbət və nostalji hissi ilə qarşılanıb. Onun paylaşımı sosial şəbəkədə qısa zamanda milyonlarla bəyənmə və şərh toplayaraq, futbolsevərlərin böyük diqqətini çəkib.
https://www.haberler.com/spor/lionel-messi-den-barcelonalilari-duygulandiran-19243198-haberi/
Mənbə: Haberler
Tərcümə etdi: Ömər Cəfərov
