Bu gün:

"Atletiko"nun üç futbolçusu Argentina yığmasının heyətindən çıxarılıb


Argentina millisinin heyətində yer alan "Atletiko Madrid" futbolçuları Julian Alvarez, Nahuel Molina və Giuliano Simeone bu həftə keçiriləcək Anqola ilə yoldaşlıq oyununu buraxacaqlar. Bu barədə Argentina Futbol Assosiasiyası (AFA) bazar ertəsi məlumat yayıb.

Açıqlamada bildirilib ki, futbolçular Anqolaya giriş üçün tələb olunan sarı qızdırma peyvəndinə dair prosedurları vaxtında tamamlamayıblar. Sarı qızdırma Afrika və Cənubi Amerikanın bəzi bölgələrində yayılan ağcaqanad mənşəli virus xəstəliyidir və bu bölgələrə səyahət edən şəxslərin məcburi olaraq peyvənd olunması tələb olunur.

Dünya çempionu Argentina artıq 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına vəsiqəni təmin edib və cümə günü Anqolanın paytaxtı Luandada meydanda olacaq.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et