Bu gün:

Samsunspordan Cəlil Yüksəl açıqlaması


Türkiyə Futbol Federasiyasının (TFF) başlatdığı mərc istintaqı çərçivəsində Peşəkar Futbol İntizam Quruluna (PFİK) göndərilən Cəlil Yüksəl barədə Samsunspordan açıqlama verilib.

Klubun sosial media hesabı vasitəsilə etdiyi açıqlamada belə deyilib: "Klubumuz peşəkar futbolçumuz Cəlil Yüksəlin davam edən mərc istintaqı çərçivəsində TFF tərəfindən PFİK-ə göndərildiyini təsdiqləyib. Ədalət, dürüstlük prinsipləri əsasında hərəkət edən bir klub olaraq, prosesi yaxından izlədiyimizi ictimaiyyətə bildiririk. Futbolun dəyərlərini qorumaqdakı qətiyyətimizi davam etdirib, inkişaflar olduqca ictimaiyyəti məlumatlandırmağa davam edəcəyik".

Mənbə: TRT Sports

Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et