Havalar isinməyə başlayanda, günəş bizə göz vurur. Hər yerdə müxtəlif növ çiçəklər açır. Çiçəklər sanki hər gün daha rəngarəng olur. Yemək süfrələrimizə baharın gəlməsini istəyirik. Odur ki, süfrələrinizi çiçəkləndirəcək bəzək ideyalarına nəzər salaq.
Kiçik bankalara qoyulmuş şamlar və qurudulmuş çöl çiçəkləri söhbətlərinizə fərqli abu-hava qatacaq. Xüsusən də, axşam vaxtı bu mənzərə səmimi söhbətləri gözəlləşdirir.

Hörmə saplar və bəzək aksesuarları ilə işlənmiş butulkalara rəngli çiçəklər qoya bilərsiniz. Dekorasiya üçün baharın təbii gözəlliyindən və pastel tonlarından istifadə etmək mükəmməl seçimdir.

Yeməklərinizə xoşbəxtlik qatarkən süfrələrinizə həndəsi naxışların sevincini əlavə edin. Tünd rənglərin və sarının harmoniyası sizin üçün gözəl bir fikir ola bilər.

Rəngarəng səhər yeməyi süfrələrini xoşlayırsınız? Əminik ki, bazar günü səhər yeməyinə gələn qonaqlarınız belə təqdimatı çox bəyənəcəklər. Mavi və lalənin gözəlliyi insanın ruhuna xitab edir.

Süfrənizi çöldə quracaqsınızsa, çiçəkləri uyğun yerlərdən asaraq da istifadə edə bilərsiniz. Ola bilsin ki, bəzilərinə kiçik şamlar qoyub işıq mənbəyi kimi istifadə etmək istəyəsiniz. Romantik bir ab-hava yaratmaq istəyirsinizsə, qızılgüllərin dibinə ağ mirvarilərin qoyulması möhtəşəm görünüş təmin edəcək.

Dəyirmi masanın mərkəzinə gül qoymaq çay saatları və isti söhbətlər üçün ideal mənzərə yaradacaq. Beləliklə, bu masanı metal toxunuşlar və vintage çini ilə sadə və cəlbedici hala gətirmək olar.

Mənbə: Macromore
Tərcümə etdi: Samirə İsmayılova
