Mövsümün ilk basketbol “El-Klasiko”sunda “Barselona” doğma arenada “Real Madrid”ə uduzub. Oyunun əvvəlindən geri düşən kataloniyalılar fərqi azaltsalar da, dönüş etməyə nail olmayıblar.

Abrinesə vida mərasimi ilə başlayan axşam “Barselona” azarkeşləri üçün məyusluqla bitib. Veseli komandanın lideri olsa da, Kampatso, Xezonya və Laylsın uğurlu oyunu “Real”a üstünlüyü qorumağa imkan verib.
Ən çox xal toplayan oyunçular:
“Barselona” – Klaybern (19), Panter (18), Veseli (15)
“Real Madrid” – Layls (29), Kampatso (15), Xezonya (15)
“Barselona” növbəti matçını 10 noyabrda “Girona”ya qarşı keçirəcək.
Mənbə: FC Barcelona Website
Tərcümə etdi: Nazim Xeyrxəbərli
